Duqin Bakıda heyrətləndi: Ruslar bunu bacarmır

Azərbaycanlılar rus dilində rusların özündən yaxşı danışır.

Bu sözləri rusiyalı filosof və ideoloq Aleksandr Duqin Elmlər Akademiyasında keçirilən “Geosofiyaya giriş. Sivilizasiyalar və onların loqosları” adlı kitabının təqdimatı zamanı deyib.

O bildirib ki, Bakıda bir çox insan rus dilində səlis, ləhcəsiz danışır:

“Hətta rusların özlərinə belə bu, xarakterik deyil. Azərbaycanlılar rus dilində sözləri çox düzgün tələffüz edir və yazırlar. Bütün bunlar böyük maraq doğurur.

Bu isə özlüyündə Azərbaycanda rus dili və rus icmasının vəziyyətindən xəbər verir. Azərbaycan bu xüsusiyyətinə görə Cənubi Qafqaz regionundakı digər respublikalardan, hətta Şimali Qafqaz respublikalarından da əsaslı surətdə fərqlənir. Rus dili və mədəniyyəti təkcə burda yaşayan rus diasporunda deyil, hər yerdə müşahidə olunur. Bu da öz növbəsində insanı heyrətləndirir. Onu da qeyd edim ki, Qafqazın ən böyük rus diasporu Bakıdadır.

Görünür, türk və rus mədəniyyətinin komplimentarlığı bir vaxtlar aramızda soyuqluq yaradan siyasi proseslərə baxmayaraq, dərin əlaqələrdə Azərbaycan-Rusiya münasibətlərində özünü büruzə verir.

Son dövrlərdə dövlətlərimiz arasında siyasi, ictimai, mədəni, geosiyasi əlaqələrdə müşahidə olunan yaxınlaşma zəminini bu faktorlar yaradır və perspektivlərin olduğundan xəbər verir”. (kult.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az