Rusiyaya güclü təzyiq göstərirlər

Xarici işlər naziri Sergey Lavrov Xaricdə yaşayan rusiyalı həmvətənlər konqresinin 6-cı iclasındakı çıxışında deyib ki, Rusiyaya təzyiqlər ildən-ilə artmaqda davam edir.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, nazır Rusiyanın istər iqtisadi, istər hərbi, istərsə də siyasi təzyiqlərə məruz qaldığını xüsusi vurğulayıb: "Artıq heç kəsə sirr deyil ki, Rusiyanı hər tərəfdən sıxışdırırlar. Sərhədlərimizin ətrafında hərbi aktivlik  müşahidə olunur, bizə qarşı güclü  informasiya müharibəsi aparılır. Bir çox ölkələrdə rus dili sıxışdırılır, rus təhsili hücumlara və tənqidlərə məruz qalır".

Qeyd edək ki, bir neçə gün öncə Rusiya müdafiə naziri Sergey Şoyqu da NATO-nun Rusiya sərhədləri yaxınlığında soyuq müharibə dövründən sonra böyük şəkildə fəallaşdığını bildirmişdi.

Siyasi müşahidəçilər isə bunun günahını Rusiyanın özündə axtararaq, baş verənlərin arxasında Moskvanın təcavüzkarlıq siyasətinin dayandığını qeyd edirlər. 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az