Çavuşoğlu İrana qarşı sanksiyaları təhlükəli adlandırıb

Türkiyə ümid edir ki, İranla bağlı problemlərin aradan qaldırılması üçün başqa bir həll variantı tapılacaq.

Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Tokiodakı Milli mətbuat klubunda keçirdiyi brifinqdə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, ABŞ tərəfdən  İrana qarşı tətbiq edilən sanksiyalar bölgədə və eləcə də dünyada təhlükəli vəziyyət əmələ gətirir: "Türkiyə İrana qarşı sanksiyaların əleyhinədir. Biz belə hesab edirik ki, sanksiyalarla hansısa nəticələrə nail olmaq çətindir, bunun əvəzində problemin həllini danışıqlar yolu ilə həll etmək daha məqsəduyğundur".

Çavuşoğlu xatırladıb ki, Türkiyə qaza olan tələbatının 30-33 faizini İranın hesabına ödəyir və bir andaca ona alternativ tapmaq mümkün deyil: "Biz ABŞ-a bildirmişik ki, İranı küncə sıxışdırmaq ağılsızlıqdır və onu dünyadan təcrid etmək təhlükəlidir".

Əziz Mustafa

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az