Belorusdan Rusiyaya gözlənilməz zərbə

Prezident Aleksandr Lukaşenko Belorus ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsinə ehtiyac olmadığını bildirib. 

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə BelTA dövlət agentliyinin yaydığı məlumatda deyilir. Lukaşenko bir qrup amerikalı siyası müşahidəşilərlə görüşündə deyib ki, Şərqlə Qərb arasında istənilən hərbi münaqişənin olduqca təhlükəli nəticələri ola bilər. Belorusun hər hansı bir münaqişənin əleyhinə olduğunu qeyd edən Lukaşenko ortaya çıxan problemlərin dinc yollarla həllinin məqsədəuyğun olduğunu vurğulayıb. O qeyd edib ki, Belorusun hərbi doktrinası yalnız müdafiə xarakterlidir.

Xatırladaq ki, bir müddət öncə Lukaşenko mətbuata açıqlamasında bəyan etmişdi ki, Polşada ABŞ hərbi bazasının yaradılmasına Moskva və Minsk birgə cavab verəcəklər.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az