NATO Əfqanıstan ordusuna 2024-cü ilə kimi maliyyə yardımı göstərəcək

NATO Əfqanıstan ordusuna 2024-cü ilə kimi maliyyə yardımı göstərəcək.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu NATO Baş katibi  Yens Stoltenberqlə görüşündən sonra keçirilən mətbuat konfransında Əfqanıstan prezidenti Əşrəf Qəni deyib. Onun sözlərinə görə, Əfqanıstanın təhlükəsizliyi, həm də NATO-nun təhlükəsizliyi deməkdir

Öz növbəsində NATO Baş katibi Stoltenberq bildirib ki, hazırda 39 ölkədən 16 min hərbi instruktor "Qətiyyətli dəstək" missiyası çərçivəsində əfqan hərbçilərinə təlim keçirlər. O deyib ki, Əfqanıstan ordusu üçün əsasən xüsusi təyinatlıların və hərbi aviasiya qüvvələrinin hazırlanmasına üstünlük verirlər.  Stoltenberq bu yardımların 2024-cü ilə kimi davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, hər il koalisiya ölkələri tərəfindən Əfqanıstana 4 milyard dollar  yardım göstərilir. Bu vəsaitin 1 milyard dolları NATO üzvü olan ölkələrin, 3 milyardı isə ABŞ-ın payına düşür

 

Çox oxunan xəbərlər
Son xəbərlər

23.01.2019

22.01.2019

Müsahibələr
Arxiv
Yanvar 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az