İtaliya senatı antimiqrasiya dekretini bəyənib

İtaliya parlamentinin Ali palatası müzakirəyə çıxarılan "Təhlükəsizlik haqqında hökumət dekreti"ni bəyənib.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, sənədin qəbuluna 163, əleyhinə isə 59 nəfər səs verib, 19 nəfər bitərəf qalıb. Sənəddə miqrantlara qarşı sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Müəllifi İtaliya daxili işlər naziri və Baş nazirin birinci müavini Matteo Salvini olduğu bu sənəddə qaçqın cinayət törətdikdə onun siyasi sığınacaq almaqdan məhrum edilməsi, vətəndaşlıq hüququ almasına qadağa qoyulması və digər sərt tədbirlər əksini tapıb. "Təhlükəsizlik haqqında hökumət dekreti"nin qəbul edilməsi İtaliya və Avropanın insan hüquqları müdafiəçiləri tərəfindən sərt etirazlarla qarşılanıb.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az