Vitse-prezident Maykl Pens Yaponiyaya səfər edəcək

Vitse-prezident Maykl Pens noyabrın 12-13-də Yaponiyaya səfər edəcək.

Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya hökumətinin baş katibi Yesixide Suqa mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, Pens səfər çərçivəsində Baş nazir Sindzo Abe və digər rəsmi şəxslərlə görüşərək  onlarla iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi, həmçinin Koreya yarımadasındakı son vəziyyəti müzakirə edəcək. Bundan əlavə tərəflər arasında Sinqapurda keçirilməsi nəzərdə tutulan ASEAN və Yeni Qvineya Papuda baş tutacaq ATES sammitlərinə hazırlıq barədə fikir mübadiləsinin ediləcəyi gözlənilir.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az