Donald Tramp Vladimir Putinlə görüşdən imtina edib

Parisdə ABŞ və Rusiya prezidentləri arasında hər hansı bir görüş keçirilməyəcək.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə NBC-yə açıqlamasında ABŞ prezidenti Donald Tramp bildirib. Onun sözlərinə görə, Parisdə I Dünya müharibəsinin 100 illiyi ilə bağlı keçiriləcək bayram tədbirləri qısa olacaq və ikitərəfli görüşlər keçirilməsinə imkan olmayacaq. Bununla belə Tramp Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək "20"-lərin liderlərinin görüşündə Putinlə qısa, ayaqüstü də olsa belə görüşə biləcəyini istisna etmədiyini bildirib.

Xatırladaq ki, Putin və Tramp arasında Parisdə görüşün keçirilməsinə Fransa prezidenti Emmanuel Makron mane olub. O bunu diqqətin bayram tədbirlərindən yayınmaması səbəbi ilə izah edib.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az