"Nazarbayev sözün əsl mənasında türk birliyinə doğru gedir

Nazarbayevin türk dünyası ilə bağlı sözdə deyil, əməldə atdığı addımlar təqdirəlayiqdir

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin "Böyük çölün yeddi tərəfi” adlı məqaləsi dərc edilib. O vurğulayıb ki, Qazaxıstanın məşhur sərkərdələri, döyüşçüləri, mütəfəkkirləri və rəhbərləri yalnız ölkə daxilində deyil, bütün dünyada tanıdılmalıdır. Prezident 2019-cu ildə Astanada Dünya Türkoloqları Konqresinin keçirilməsini, "Türk mədəniyyəti: qədimdən günümüzə qədər” adlı layihənin hazırlanmasını və "Arxiv - 2025” yeddi illik proqramın yaradılmasını da təklif edib. Məlumdur ki, Nursultan Nazarbayev türkdilli dövlətlərin birliyi istiqamətində kifayət qədər ciddi, çoxlarının görə bilmədiyi mühüm işlər görür. Elə ona görə də Nazarbayev türk dünyasının ağsaqqalı hesab olunur. Ekspertlər də Nazarbayevin vahid türk dünyası, ortaq mədəniyyətin formalaşdırılması istiqamətindəki fəaliyyətini müsbət dəyərləndirirlər.

 
Bu barədə "Şərq”ə danışan tarixçi-alim Faiq Ələkbər deyib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin addımları çox möhtəşəmdir. Onun hazırladığı ideya və yol xəritəsi də mükəmməldir:
 
 "Nazarbayev bu düşüncə ilə, sözün əsl mənasında türk birliyinə doğru gedir. Xüsusilə, dünya türkoloqlarını bir araya gətirmək və daha sonra 2025-ci ilə qədər 7 illik planlaşdırma çox ciddi məsələdir.
 
Ümumiyyətlə, Nazarbayevin türk dünyası ilə bağlı sözdə deyil, əməldə atdığı addımlar təqdirəlayiqdir. Hesab edirəm ki, Nazarbayev bu əməli və addımları ilə hazırda türk dünyasına, o cümlədən türk dövlətlərinə böyük nümunədir. Bu anlamda Qazaxıstan liderinin türk birliyinə hesablanmış ideyaları digər türk dövlətləri üçün də ciddi zəmindir. Ümid edirəm, Nazarbayevin türk dünyasının gələcəyi ilə bağlı ideyalarının gerçəkləşməsində, onun bir parçası olan Azərbaycan da yaxından iştirak edəcək. Çünki Azərbaycan ən azı son bir əsrdə türklüyün əsas mərkəzi olub. Bir çox ideyaların və milli əməllərin gerçəkləşdiyi yerdə Azərbaycan öndə dayanıb. Əlbəttə, bu gün Qazaxıstanın türk dünyasında önə çıxması bir türk kimi bizləri də sevindirir. Ancaq Azərbaycan tarixən türklüyün mərkəzlərindən biri, bəlkə də birincisi olduğu üçün ideya və əməli cəhətdən daha ön planda olmalıdır”.
 
Çox oxunan xəbərlər
Son xəbərlər

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az