
Ukrayna Rusiya tərəfindən həbs edilən 24 nəfər dənizçisini dəyişmək üçün Rusiyaya 300 nəfər təklif edib.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Odessada keçirdiyi brifinqdə Ukraynanın Baş prokuroru Yuri Lutsenko deyib. Onun sözlərinə görə, dənizçiləri dəyişdirmək üçün onlarda kifayət qədər adam var: " Ukraynada hazırda dövlət əleyhinə çıxışlara görə həbs edilən 300 nəfərdən artıq adam mövcuddur. Biz onları həbs edilən 24 dənizçimizlə dəyişməyə hazırıq".