Lavrov Mogerini ilə görüşəcək

Rusiya Xarici işlər naziri Sergey Lavrovun ATƏT xarici siyasət idarələri başçılarının Milanda keçiriləcək  toplantısında Avropa İttifaqı xarici işlər və təhlükəsizlik məsələləri üzrə rəsmi  nümayəndəsi Federika Mogerini və ATƏT Baş katibi Tomas Qremingerlə görüşü gözlənilir.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında Rusiya Xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, dekabrın 6-7-də Milanda keçirilməsi nəzərdə tutulan görüşdə Lavrov Mogerini ilə görüşərək onunla Rusiya-Aİ münasibətlərini müzakirə edəcək. Bundan əlavə Milanda Lavrovun Norveç, Almaniya və digər ölkələrin xarici işlər nazirləri ilə də ikitərəfli görüşləri nəzərdə tutulub. 

Xatırladaq ki, ötən gün Rusiya mətbuatında Milanda Sergey Lavrovun Ukraynadan olan həmkarı Pavel Klimkinlə də görüşəcəyi barədə məlumat yayılmışdı.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2019

20.02.2019

19.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az