Rusiya Azərbaycana "Bal-E" raketləri satmaqdan imtina edib

Rusiya Azərbaycana "Bal-E" sahili mühafizə  raketləri satmaqdan imtina edib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə "Kommersant" qəzeti Rusiya Müdafiə nazirliyindəkli mənbəyə istinadən yazıb. Nəşrin yazdığına görə, "Bal-E" sahili mühafizə raketləri Rusiyanın Xəzər dənizindəki hərbi  gəmiləri üçün potensial təhlükə mənbəyi hesab edilib: "Azərbaycan və Rusiya arasında "Bal-E" sahili mühafizə raketlərinin alqı-satqısı barədə ilkin razılıq əldə edilmişdi.  Buna əsasən Rusiya Azərbaycana məhdud sayda "Bal-E" raketləri satmalı idi. Lakin Rusiya Müdafiə nazirliyinin bu məsələdə nümayiş etdirdiyi mövqe nəticəsində Azərbaycana "Bal-E" sahili mühafizə raketlərinin satılması baş tutmayıb".

"Kommersant"ın bildirdiyinə görə, artıq iki ölkə arasında "Bal-E"-lərin satışı barədə danışıqlar getmir. Müdafiə nazirliyindəki mənbənin "Kommersant"a verdiyi məlumata görə, "Bal-E" son  illərdə hədəfi özü müəyyən edən X-35 başlıqlı raketlərlə təchiz edilib və onlar nəinki dənizdəki, həm də yerüstü hədəfləri məhv etməyə qadirdirlər: "Müdafiə nazirliyində ehtiyat edirlər ki, Azərbaycan bu raketlərdən Dağlıq Qarabağda da istifadə edə bilər".

Əziz Mustafa

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2018

11.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az