Slovakiya ilə Rusiya arasında casus qalmaqalı

Rusiya ilə Slovakiya arasında yeni siyasi və diplomatik qalmaqal baş verib.

Mediainfo.az-ın Röyter agentliyinə istinadən verdiyi xəbərə görə, Slovakiya rusiaylı diplomatı ölkədən qovub. Buna səbəb isə Rusiya diplomatının diplomatik toxunulmazlıq hüququndan istifadə edərək Slovakiya ərazisində casusluq fəaliyyəti ilə məşğul olması olub. 

Məsələ ilə bağlı bu gün Slovakiya televiziyası ilə canlı yayımda çıxış edən Slovakiya Baş naziri Peter Pelleqrini: "Hərbi kəşfiyyatımızın əldə etdiyi məlumat əsasında noyabr ayının 22-də Rusiya səfirliyinin hərbi attaşesi persona non qrata elan edilərək ölkəmizdən çıxarılıb. O Slovakiya və NATO əleyhinə casusluq fəaliyyəti ilə məşğul olurdu"

Hələlik Rusya Xarici işlər nazirliyi məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Xatırladaq ki, bir müddət əvvəl Avstriya, Niderland, Norveç və İsveç də  casusluq fəaliyyətinə görə rusiyalı diplomaları ölkədən qovmuşdular.

Əziz Mustafa

Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2018

11.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az