Azərbaycan NATO-nun iclasında içtirak edib

Xarici işlər nazirinin müavini Araz Əzimov NATO-nun Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək” missiyası üzrə hazırkı və potensial əməliyyat tərəfdaşları ilə birgə xarici işlər nazirləri səviyyəsində iclasında iştirak edib.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, nazir müavini Araz Əzimov 5 dekabrda NATO-nun Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək” missiyası üzrə hazırkı və potensial əməliyyat tərəfdaşları ilə birgə xarici işlər nazirləri səviyyəsində iclasında iştirak edib.

İclas zamanı NATO müttəfiqləri və əməliyyat tərəfdaşları Əfqanıstandakı təhlükəsizlik vəziyyəti və sülh prosesindəki inkişafları müzakirə etdilər, Əfqanıstanda uzunmüddətli sülh və sabitliyə sadiq olduqlarını ifadə etdilər.

Nazir müavini Araz Əzimov Əfqanıstan üzrə 13-cü Cenevrə Konfransı ilə yanaşı, hazırkı iclasın Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasına dəstəyin ifadə edilməsi baxımından növbəti imkan olduğunu bildirdi. O, Azərbaycanın “Qətiyyətli Dəstək” missiyasına və Əfqanıstanın inkişafına yönələn töhfələrinin davam etdiriləcəyini vurğuladı.

Nazir müavini Araz Əzimov Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Azərbaycanın dəstəyini bir daha ifadə etdi.

Xarici işlər nazirinin müavini Araz Əzimov NATO Mənzil Qərargahına səfəri çərçivəsində, həmçinin NATO Baş katibinin müavini Rouz Qotemöller ilə görüş keçirib.

Görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Azərbaycan və NATO arasında Sülh naminə Tərəfdaşlıq Proqramı çərçivəsində ötən 25 il ərzindəki uğurlu əməkdaşlıqdan bəhs edilib və əldə olunan nailiyyətlərin əhəmiyyəti qeyd olunub.

Nazir müavini Araz Əzimov Azərbaycanın Alyans ilə müntəzəm siyasi dialoqu və praktiki əməkdaşlığı davam etdirmək əzmində olduğunu diqqətə çatdırıb.

NATO Baş katibinin müavini Azərbaycanın NATO-nun rəhbərliyi altında aparılan “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə, tranzit, təlim və maliyyə töhfələrini yüksək qiymətləndirib. O, Əfqanıstanda sülh və sabitliyin təmininə yönələn səylərinə görə Azərbaycan Hökumətinə minnətdarlığını ifadə edib.

Tərəflər həmçinin regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2018

11.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az