Prezident onlara general rütbəsi verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi Baba Hacı-Baba oğlu Salayevə general-mayor ali hərbi rütbəsi verilsin.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Lətif oğlu Fəradova daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilsin.

Dövlət başçısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Ələsgərov Ələsgər Calal oğlu

Mənsimov Sahil Səftar oğlu.

Çox oxunan xəbərlər
Son xəbərlər

22.01.2019

21.01.2019

20.01.2019

Müsahibələr
Arxiv
Yanvar 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az