Abel Məhərrəmovun yerinə təyinat - Firudin Qurbanov

Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.

Bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumatı Modern.az-a təsdiqləyib.

Məlumata görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov bu gün əmr imzalayıb.

Firudin Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.

Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Həmin müddət isə sabah başa çatır.

Əldə etdiyimiz məlumata görə, Firudin Qurbanov sabah dekabrın 22-də saat 10:00-da Baku Dövlət Universitetinin kollektivinə təqdim ediləcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

16.06.2019

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az