İki slavyan ölkəsi 5 ildən sonra birləşə bilər

1994-cü ildən Belarusun Prezidenti olan Aleksandr Lukaşenko rəhbərlik etdiyi ölkənin Ukraynanın taleyini bölüşməsini istəmir. Ona görə də o, Belarusun Rusiyaya birləşməsinin tərəfdarı kimi çıxış edir.

İki slavyan ölkəsinin vahid dövlətdə birləşməsinin 2024-cü ildə olacağı gözlənilir. O da aydındır ki, Aleksandr Lukaşenko ömrünün sonuna qədər Belarusun indiki ərazisinin rəhbəri olaraq qalacaq...

Aleksandr Lukaşenko deyir ki, hazırda dünyada tamamilə müstəqil olan dövlət yoxdur. Ancaq Belarusun Rusiyaya birləşməsi ilə bağlı müxtəlif təkliflər var. Məsələn, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski təklif edirdi ki, Belarus hissə-hissə Rusiyaya birləşsin. Prezident Lukaşenko üçün bu variant məqbul deyil. O, ölkəsinin birdəfəyə və bütövlükdə Rusiyaya birləşməsinin tərəfdarıdır.

Prezident bildirib ki, Rusiya və Belarus xalqını bu məsələyə hazırlamaq lazımdır. Beynəlxalq ictimaiyyəti də məlumatlandırmağa ehtiyac var. Ekspertlər hesab edir ki, cənab Lukaşenko Belarusun neft və qaz baxımından Rusiyadan asılı olduğunu yaxşı bilir. Bu amil belarus xalqı arasında Rusiya ilə birləşməyə müsbət impuls verir.( musavat)

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az