"Qarabağ" kvazi-dövləti məhv edilməli olan bir fenomendir

Azərbaycan ərazisində yaradılmış “Artsax” (Qarabağ) kvazi dövləti – insan sivilizasiyası üçün tamamilə qeyri-təbii və məhv edilməli olan bir fenomendir.

Bu sözləri Axar.az-a açıqlamasında tarixçi-qafqazşünas Oleq Kuznetsov deyib.

“Qarabağ ermənilərinin irəli sürdüyü “Miatsum” ideyası uzun illər Rusiyanın Cənubi Qafqazdakı xarici siyasətində dominantlıq edib, ancaq bu ideya İrəvan erməniləri üçün tamamilə lazımsız oldu. Ermənistana ermənilərin Qarabağı lazım deyil, çünki həddən artıq çox resurs istifadə edərək Ermənistanın özünü yoxsulluğun sərhədinə gətirir. Bu, Kremlin xoşuna gəlmir, belə ki, bu modelin əvəzinə hansısa yenisini yaratmaq lazımdır. Ancaq bunun üçün şəxsən Prezident Putin kadr və intellektual resurslara sahib deyil. Məhz buna görə zaman-zaman Köçəryana diqqət əlamətləri göstərməklə Rusiya regiona köhnəlmiş təsir modelinə davam edir”, - Kuznetsov bildirib.

Kuznetsovun fikrincə, Putin artıq Köçəryanın mühakimə ediləcəyini, daha sonra bəlkə də Paşinyan tərəfindən əfv ediləcəyini və Rusiyaya deportasiya olunacağını anlayıb.

“Bu addım Qarabağ ermənilərinin bir daha bu ölkənin daxili işlərinə qarışmayacağına dair zəmanət kimi vacibdir”, - ekspert bildirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az