Suriyada rusiyalı hərbçi öldürülüb

Suriyada erməni əsilli rusiyalı hərbçi öldürülüb.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, hadisə ötən ilin noyabr ayının 2-də baş verib. Ancaq Rusiya Müdafiə nazirliyi bu barədə hər hansı məlumat verməyib. Bununla bağlı BBC-nin yaydığı məlumatda deyilir ki,  kiçik serjant Andranik Arustamyan 2018-ci il oktyabr ayının sonlarında Suriyaya göndərilib. Lakin bu onun üçün son demək olub. Belə ki, rusiyalı hərbçiləri daşıyan "Ural" markalı maşın Rusiya hərbi bazasının buraxılş məntəqəsinə yaxınlaşarkən partlayış baş verib. Nəticədə Arustamyan da daxil olmaqla rusiyalı hərbçilər arasında ölən və yaralananlar olub. Lakin Rusiya müdafiə nazirliyi baş verən hadisəni gizli saxlamağa üstünlük verib.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az