Afrikada Rusiya hərbi bazası yaradıla bilər

Mərkəzi Afrika Respublikasında (MAR) Rusiya hərbi bazası yaradıla bilər.

Mediainfo.az-ın riafan.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Mərkəzi Afrika Respublikasının Müdafiə naziri Mari Nael Koyyara bildirib.

"Biz hərbi baza haqqında hələki qəti qərar qəbul etməmişik. Amma çərçivə sazişi çərçivəsində belə razılığın əldə edilməsini mümkün hesab edirəm",-deyə o, RİA Novosti-yə verdiyi müsahibəsində deyib.

Mari Nael Koyyaranın sözlərinə görə, əgər hərbi bazanın yerləşdirilməsi barədə iki ölkə liderləri razılığa gəlsələr, onda biz müdafiə nazirləri onların göstərişlərinə əməl edəcəyik.

Xatırladaq ki, ötən il Rusiya ilə MAR arasında hərbi əməkdaşlıq barədə anlaşma imzalanıb. hazırda MAR-da məhdud sayda Rusiya hərbi kontingenti mövcuddur.

Çox oxunan xəbərlər
Son xəbərlər

17.01.2019

16.01.2019

15.01.2019

Müsahibələr
Arxiv
Yanvar 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az