Donald Tramp Davosdan imtina edib

ABŞ prezidenti Donald Tramp Davosda keçiriləcək beynəlxalq iqtisadi forumda iştirak etməyəcək.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Ağ evin rəhbəri buna səbəb kimi Meksika ilə sərhəddə əmələ gələn böhranı göstərib.
 
Donald Tramp “Twitter” səhifəsində yazıb ki, o, sərhədlərin təhlükəsizliyi ilə bağlı demokratların  əks mövqedə dayanması və bunun ölkəsi üçün əmələ gətirdiyi təhlükəni nəzərə alaraq Davos forumunda iştirak etməyi məqsədəuyğun hesab etməyib və buna görə hətta üzr də istəyib..
Lakin ekspertlər Trampın Davos forumunda iştirak etməməsinin səbəbini onunla Avropadakı müttəfiqləri arasında əmələ gələn fikir ayrılıqları ilə əlaqələndirirlər. Qeyd edilir ki, Avropa liderləri tərəfindən tez-tez tənqid atəşinə tutulan Tramp onlarla Davosda üz-üzə gəlmək istəmir.
 
 
Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

24.06.2019

23.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az