Belarus ABŞ diplomatlarına qoyulan məhdudiyyətləri ləğv edib

Belarus ABŞ diplomatlarının ölkədə işləməsinə qoyulan məhdudiyyətləri tam şəkildə aradan qaldırıb.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Foreign Policy məlumat yayıb. Məlumatda deyilir ki, Belarus xarici işlər naziri Vladımır Makey ötən gün ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Uess Mitçellə zəng edərək onunla iki ölkə arasındakı münasibətləri müzakirə edib. Telefon  zəngi zamanı Makey Mitçellə bildirib ki, ABŞ diplomatlarının ölkədəki fəaliyyətinə qoyulan qadağa aradan qaldırılıb. Öz növbəsində Mitçell Belarusun bu qərarını iki ölkə münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirib.

Xatırladaq ki, 2008-ci ildə Vaşinqton  insan hüquqlarının pisləşməsi barədə Belarusa qarşı sanksiya tətbiq etmişdi. Buna cavab olaraq Belarus da casusluq fəaliyyəti ilə bağlı iddia qaldıraraq Minskdəki 35 ABŞ diplomatından 30-nu ölkədən qovmuşdu.

Yalnız üstündən 10 il ötəndən sonra 2018-ci ilin oktyabr ayında  Uess Mitçell Belarusa səfər edərək prezident Aleksandr Lukaşenko ilə görüşmüşdü.

 
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

24.06.2019

23.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az