Ukrayna Türkiyədən 12 pilotsuz uçuş aparatı alacaq

Ukrayna Prezidenti Petro Poroşenko Türkiyədən 12 pilotsuz uçuş aparatı (PUA) alınması haqqında sazişi imzalayıb.

Bu barədə Anadolu agentliyi məlumat yayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanla razılaşdığımız kimi, Ukrayna ordusu üçün Türkiyənin Bayraktar TB2 pilotsuz uçuş aparatlarının satın alınmasına dair saziş imzalanıb”, - Poroşenko şənbə günü özünün Facebook səhifəsində belə yazıb. Dövlət başçısının sözlərinə görə, bu müqavilə Ukrayna və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq üzrə tədbirlərin bir hissəsidir.

Bayraktar TB2 Türkiyənin özəl kompaniyaları tərəfindən işlənib hazırlanmış kəşfiyyat uçuş aparatıdır. Türk proqram və elektron təminatı ilə təchiz olunmuş PUA-nın maksimal uçuş kütləsi 650 kiloqram təşkil edir. Azərtac

Çox oxunan xəbərlər
Son xəbərlər

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az