“Axalkalakidə erməni terrorçuya qoyulmuş abidə sökülməli və günahkarlar cəzalandırılmalıdır”

“Axalkalaki rayonunun Buğaşen kəndində M.Avakyan adlı erməni terrorçuya, əli günahsız insanların qanına batmış cinayətkara abidə qoyulması Gürcüstana arxadan zərbədir. Biz gənclər buna biganə qala bilmərik”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanda gənclər təşkilatının üzvü, politoloq Giorgi Qoqua söyləyib.

Gənc siyasətçi deyib: “Mənim fikrimcə, erməni separatçıların bu addımı sırf təxribat xarakterlidir. Onların bu addımı Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa yönəlmiş məqsədyönlü siyasi gedişdir”.

Onun sözlərinə görə, abidə sökülməli və günahkarlar cəzalandırılmalıdır. Gələcəkdə bu cür təxribatların təkrarlanmaması üçün ciddi tədbirlər görülməlidir.

“Gürcüstan tolerant ölkədir. Bütün millətlər burada sərbəst, azad şəkildə yaşayırlar. Biz icazə verməməliyik ki, kimsə ölkəmizin daxilində qarşıdurma yaratmaqla bizim imicimizə zərbə vursun”, – deyə Qoqua vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Giorgi Qoqua bir qrup gürcü gənclə Gürcüstanda yaşayan azərbaycanlıların fevralın 8-də Tbilisidə parlamentin binası qarşısında keçirdiyi aksiyaya dəstək veriblər.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

17.02.2019

16.02.2019

15.02.2019

14.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az