Millət vəkili azərbaycanlı fəalın azad edilməsi üçün İran səfirinə müraciət etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azadlığa buraxılması ilə bağlı İran İslam Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəyə açıq məktubla müraciət edib.

Millət vəkilinin məktubunda qeyd edilir ki,Ərdəbil sakini, öz milli-mədəni hüquqları uğrunda mübarizə aparan Abbas Lisaninin mütəmadi olaraq təqib olunması, sonuncu həbsindən 24 gün keçməsinə baxmayaraq həyat yoldaşı Rüqəyya Əlizadəyə onun harada saxlanılması və səhhəti barədə heç bir məlumat verilməməsi bütün tərəqqipərvər insanlar kimi Azərbaycan ictimaiyyətini də ciddi narahat edir. 

"İran ilə Azərbaycan xalqının səmimi dostluğu İranda, öz ata-baba yurdlarında yaşayan Azərbaycan türklərinin hüquqlarına hörmət göstərilməsindən, bir milyon müsəlmanı öz ev-eşiyindən didərgin salan, torpaqlarımızın 20%-ni işğal edən, islam və Azərbaycanın milli mədəniyyətinə aid minlərlə abidəni, muzeyləri dağıdan işğalçı Ermənistanla münasibətlərinizin səviyyəsindən asılıdır. Ümid edirəm bu sadə həqiqəti ölkənizin müvafiq rəsmilərinə çatdıracaq, Abbas Lisaninin hüquqlarının bərpa olunmasına öz tövhənizi verəcəksiniz".Baku.vvs
Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az