Fransada etiraz aksiyalarında 51 mindən çox şəxs iştirak edib-video

Fransada "sarı jiletlilər"in 13-cü ümumilli etiraz günü keçirilən nümayişlərdə 51,4 mindən çox adam iştirak edib.

Bu barədə Fransa Daxili İşlər Nazirliyinin şənbə günü yaydığı yekun məlumatda bildirilir.

Qeyd olunur ki, Parisdə nümayişçilərin sayı 4 min nəfər təşkil edib.

Bu rəqəm ötən şənbə günü ilə müqayisədə azdır. Ötən həftə "sarı jiletlilər"in aksiyasında ölkə üzrə 58,6 min nəfər iştirak etmişdi.

Paris prokurorluğunun məlumatına görə, şəhərdə polis və jandarmeriya əməkdaşları tərəfindən 36 nəfər saxlanılıb. Onlardan 21-i həbs edilib. Polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb.

Hazırda bir neçə yüz nümayişçi paytaxt küçələrində qalmaqdadır, lakin onlar ilə polis arasında toqquşmalar səngiyib.

 

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az