Polşaya İran və Çinlə əməkdaşlıqdan imtina təklif edilir

ABŞ Polşada hərbi baza yerləşdirməsinin əvəzində adıçəkilən dövlət rəhbərliyindən İran və Çinlə əməkdaşlıqdan imtina etməyi təklif edir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə  Rzeczpospolita qəzeti diplomatik mənbələrə istinadən yazıb. Nəşrə məlumat verən mənbə qeyd edib ki, ABŞ dövlət katibi Maykl Pompeonun bölgəyə, o cümlədən  Macarıstan, Slovakiya və Polşaya səfərindən məqsəd adı çəkilən ölkələri Çin və İranla əməkdaşlıqdan imtina etməyə razı salmaq və bunun əvəzində onlara hərbi və iqtisadi yardımlar göstərməkdir. Rzeczpospolita yazır ki, ABŞ Çinin Mərkəzi Avropada təsirinin artmasından narahatdır  və bunun qarşısını almaq üçün bütün imkanlardan istifadə etmək niyyətindədir: “Fevralın 13-də Maykl Pompeo Varşavada keçirəcəyi görüşlərdə məhz Çin və İranla əməkdaşlığın dayandırılması məsələsini müzakirə edəcək. Bunun əvəzində ABŞ Varşavanın  xahişini  nəzərə alaraq Polşada özünün hərbi bazasını yerləşdirəcək”.

Çox oxunan xəbərlər
Son xəbərlər

17.02.2019

16.02.2019

15.02.2019

14.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az