Çin hərbi xərcləri artırmaqda davam edir

Çinin hərbi xərcləri artırması digər ölkələr üçün təhlükə deyil və bundan əsas məqsəd ölkənin təhlükəsizliyini təmin etməkdir.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə 13-cü Çağırış Umumçin Xalq Nümayəndələri Palatasının 2-ci sessiyası ilə bağlı keçirilən mətbuat konfransında dövlət rəsmisi  Çjan Yesuy deyib. O bildirib  ki, Çinin müdafiə xərcləri ölkənin təhlükəsizlyinin təmini və ərazi bütövlüyünün qorunmasına lazım olan qədər artırılıb: “Ötən il də hərbi xərcləri artırmışdıq. Bu ildə ona uyğun şəkildə hərbi xərclərimizdə cüzi artım etmişik. Bizim hərbi xərclərimiz ümümdaxili məhsulumuzun1,3 faizini təşkil edir. Halbuki digər ölkələrdə hərbi xərclər ümumdaxili məhsulun 2 faizindən yuxarıdır”.

Qeyd edək ki, 2017-ci ildə Çün hərbi xərcləri artıraraq1trilyon yuana (151.97 milyard dollar) çatdırıb. 2018-ci ildə isə Çin hərbi xərcləri 8,1 faiz artıraraq 1,11 trulyon yuana (175 milyard dollar) çatdırıb. 2019-cu ildə isə hərbi xərclərin hansı səviyyədə artımı ilə bağlı martın 5-də keçiriləcək Umumçin Xalq Nümayəndələri Palatasaının iclasında məlumat veriləcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az