"Prezidentimizin qayğısını yüksək qiymətləndiririk"

Zəlzələ baş veridkdən dərhal sonra hadisə yerinə gedərək vətəndaşlara dayaq olan prezident İlham Əliyev dövlətin öz vətəndaşlarının yanında olduğunu nümayiş etdirdi və zəlzələnin nəticələrinin aradan qaldırılması üçün göstərişlər verdi.

 

Xezerxeber.az-ın məlumatına görə, hadisədən bir ay sonra yenə Şamaxıya gedən dövlət başçısının vətəndaşlara diqqət və qayğısını sakinlər yüksək qiymətləndirir.

 

Şamaxı sakinləri deyir ki, zəlzələdən sonra onlara ən böyük təskinlik dövlət başçısının şəxsən onlarla görüşüb dayaq olması idi. Onun verdiyi tapşırıqlardan cəmi bir ay sonra sakinlərin yeni mənzillərinə qovuşmaları isə dövlət başçısına olan inam və etimadı daha da gücləndirib.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yeni mənzillərin açarlarını sakinlərə təqdim etməsi onlar üçün ikiqat bayram olub.

 

Prezident İlham Əliyev zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən digər evlərin təmir və tikintisi ilə də maraqlanıb. Bu isə onu göstərir ki, dövlət başçısı tikinti işlərinin keyfiyyətlə və qısa zamanda həyata keçirilməsini nəzarətdə saxlayır.

 

 

Dövlət başçısı rayona səfəri zamanı təkcə zəlzələdən zərər çəkən sakinlərlə deyil, digər vətəndaşlarla da görüşüb, onların problemləri ilə maraqlanıb. Vətəndaşlar məktublara yazdıqları problemləri ölkənin birinci şəxsinə veriblər.

 

Dövlət başçısının ona verilən məktublara diqqətlə yanşılacağını deməsi sakinlərdə qaldırılan bütün məsələlərin həll olunacağına əminlik yaradıb. Onlar deyir ki, prezident İlham Əliyev verdiyi bütün sözlərin üzərində durur, bunu baş vermiş zəlzələdən sonra qısa müddətdə görülən işlər də sübut edir.

 

Şamaxı sakinləri İlham Əliyevin hər bir azərbaycanlının prezidenti olacağam sözlərini öz həyatlarında hiss etdiklərini, ən çətin vəziyyətlərdə dövlət başçısının köməyini gördüklərini bildiriblər.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

18.06.2019

17.06.2019

16.06.2019

15.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az