ABŞ-ın Ankaranı qorxutması ilk dəfə deyil - Rus ekspert

Vaşinqtonun Ankaranı qorxutması birinci dəfə deyil.

Bunu rusiyalı siyasi ekspert Vladimir Bruter Pentaqon sözçüsü Çarlz Sammersin Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri almasının nəticələrinin ağır olacağı ilə bağlı sözlərini şərh edərkən söyləyib.

“Mediada Türkiyənin ABŞ-a təslim olması variantı da yazılır. Bu, Türkiyə üçün qəbuledilməzdir. Çünki belə bir vəziyyətdə Türkiyə subyektivliyini itirəcək və ABŞ-ın tamamilə asılı bir müştərisinə çevriləcək. ABŞ təzyiq etməyə davam edəcək və Ankaradan razılaşmanı ləğv etməyini istəyəcək”, - Bruter deyib.

Ekspert Türkiyənin ABŞ-a qulaq asmayacağını, Rusiyanın silah sistemlərini almasının Ankaraya müstəqil xarici siyasət yeritməsinə imkan verəcəyini vurğulayıb:

“ABŞ-ın Türkiyəyə qarşı bəzi sanksiyalar və məhdudiyyətlər tətbiq edəcəyi gözlənilə bilər. Amma Vaşinqton Ankarayla münasibətlərinin pisləşməsini istəmir və dialoqun davam etdirilməsi ilə Türkiyənin ABŞ-ın təsirində qalmasını zəmanət altına alacağını düşünür. Bu səbəbdən S-400-lə bağlı bütün müzakirələrdən sonra ABŞ-ın çətin bir qərar verməsi lazımdır”.

Qeyd edək ki, bundan əvvəl Pentaqon sözçüsü Çarlz Sammers Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri almasının nəticələrinin ağır olacağını deyib.Axar.az

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az