Minsk Qrupu Nikolun Qarabağ bəhanəsini kəsdi

Danışıqlar prosesinin dayandırılmasının əsas səbəbkarı hər zamankı kimi yenə Ermənistan tərəfidir.

Bunu Axar.az-a ATƏT-in Minsk Qrupunun Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü ilə bağlı bəyanatını şərh edən politoloq İlqar Vəlizadə deyib.

“Bundan ən çox “zərər çəkən” tərəf həmsədrlərdir. Çünki onların reytinqi onsuz da kifayət qədər aşağıdır və tez-tez iş əmsalına laqeyd yanaşmada günahlandırılırlar. Bu, ən çox da Azərbaycan tərəfini narahat edir. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun fəaliyyətində tənqidi məsələlər çoxdur. Ancaq son aylar həmsədrlər danışıqlar prosesinə müəyyən nizamlama gətirməyə çalışırdılar. Hətta gündəlik üzərində maraqlı işlər gedirdi, ancaq Ermənistanın fəaliyyəti nəticəsində bu gündəlik reallaşmadı və yenə Minsk Qrupunun səyləri hədər getdi”, - ekspert bildirib.

Politoloq həmsədrlərin bu durumdan hansısa nəticə çıxaracaqlarını düşünür:

“Bakı hər zaman olduğu kimi, indi də İrəvanın destruktiv fəaliyyətini ön plana çəkir və bu məsələni Minsk Qrupunun diqqətinə bir daha çatdırır. Hər növbəti mərhələdə belə risklər gündəmə gəlsə, bu, xüsusilə də Azərbaycanın danışıqlar prosesində iştirak etməyə marağını azalda bilər. Minsk Qrupu erməni tərəfini yola gətirməsə, vəziyyət heç də ürəkaçan olmayacaq. Belə ki, cəbhədə vəziyyət yenidən gərginləşə bilər”.

Siyasi şərhçi Elxan Şahinoğlu da Ermənistanın Baş naziri Nikol Paşinyanın danışıqların formatını dəyişdirmək cəhdlərinin iflasa uğradığını deyib:

“Azərbaycanla yanaşı, Avropa Birliyi və həmsədrlər də Paşinyanın danışıqlar formatını dəyişdirmək istəyinin əleyhinə çıxdılar. Ancaq Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sərkisyan da formatın dəyişdirilməsini tələb etmirdilər. Məgər bunun danışıqlara müsbət təsiri var idimi? Paşinyan sadəcə bir az vaxtı uzatdı. Düzdür, o, danışıqlara qatılacaq, ancaq 25 ildəki kimi nəticə olmayacaq”.

Qeyd edək ki, Avropa İttifaqının yüksək rəsmilərinin ardınca ATƏT-in Minsk Qrupunun həmsədrləri də Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşü ilə bağlı bəyanatında elan ediblər ki, Qarabağ məsələsi ilə bağlı danışıqların formatı dəyişdirilə bilməz.

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az