Aegis Ashore zenit-raket komplekslərinin alınması Yaponiyaya baha başa gələcək

ABŞ-dan alınacaq Aegis Ashore zenit-raket kompleksləri Yaponiyaya nəzərdə tutulduğundan daha baha qiymətə başa gələcək.

Mediainfo.az-ın euronevvs-ə istinadən verdiyi xəbərə görə, bu barədə parlamentin alt palatasındakı çıxışında müdafiə naziri Takesi İvaya deyib. Onun sözlərinə görə, Aegis Ashore zenit-raket komplekslərinin idarəedilməsinin öyrədilməsi məqsədi ilə əlavə olaraq Yaponiyada təlim mərkəzi, ABŞ-da isə poliqon inşa edilməsi lazım gələcək ki, bu da əlavə xərc deməkdir : “Biz bu xərcləri azaltmaq üçün ABŞ-dan Aegis Ashore-nin qiymətinin aşağı endirilməsini xahiş etmək niyyətindəyik”.

Xatırladaq ki, iki ölkə arasında əldə edilən razılığa əsasən ABŞ Aegis Ashore zenit-raket komplekslərini Yaponiyaya 2,4 milyard dollara satacaq. Yaponiya  Aegis Ashore zenit-raket komplekslərini Xonsyu adasının cənub qərbindəki Yamaquti prefekturasında yerləşdirmək niyyətindədir. Yaponiya Aegis Ashore zenit-raket kompleksləri vasitəsi ilə ölkəyə ediləcək ballistik raket hücumlarının qarşısını ala biləcəyinə ümid edir.

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az