Qırğızıstan-Tacikistan sərhədində gərgin vəziyyət davam edir

Ötən gün Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib.

Mediainfo.az-ın Kabar.ru-ya istinadən verdiyi xəbərə görə, buna səbəb sərhəddəki Aksay qırğız kəndi ilə tacik Mehnatabad kəndləri arasında baş verən toqquşmadır. Hadisə yerindən verilən xəbərə görə,  Aksay-Tamdıq avtomobil yolunun  çəkilməsinə tərəflər etiraz edirlər.  Toqquşmalar zamanı taciklər tərəfindən Aksay kəndində bir ev yandırılıb, bir yerli sakin isə ağır yaralanıb. Yalnız hər iki ölkə sərhədçiləri havaya atəş açandan sonra toqquşmaların qarşısını almaq mümkün olub. Vəziyyəti yerindəcə öyrənmək üçün Qırğızıstan Baş nazirinin müavini Jeniş Razakov bu gün səhər Aksaya gedib. Son məlumatlara görə həyata keçirilən təhlükəsizlik tədbirlərinə baxmayaraq bölgədə vəziyyət gərgin olaraq qalmaqda davam edir.

Çox oxunan xəbərlər
Son xəbərlər

26.05.2019

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az