Deputat Həsən Nəbiyevin mandatı əlindən alındı

Yoxsul pensionerləri "alkaş və parazitlər" adlandıran deputat Həsən Nəbiyevin mandatı əlindən alınıb və təmsil etdiyi "Vahid Rusiya" (Yedinaya Rossiya) partiyasından çıxarılıb.

 Volqoqraddan olan azərbaycanlı deputat barədə verilən qərar administrasiyanın saytında dərc edilib.

Bildirilir ki, 14 mart 2019-cu ildən təcili olaraq Volqoqrad vilayətinin deputatı Nəbiyev Həsən Bilal oğlunun səlahiyyətləri onun yazılı ərizəsi əsasında dayandırılmış hesab edilsin.

"Yedinaya Rossiya" partiyası qalmaqallı çıxışından sonra onun partiya sıralarından xaric edilməsilə bağlı qərar çıxarıb.

Xatırladaq ki, H. Nəbiyev bu qalmaqallı çıxışını martın 6-da vilayət Dumasının işləməyən pensiyaçıların pensiyalarının hesablanması və ödənilməsi ilə bağlı yeni qaydaların müzakirəyə çıxarıldığı iclasda edib. O, çıxışında bildirib ki, pensiyası 10 min rubla çatmayan volqoqradlılar ona parazitləri və alkaşları xatırladır və belə şəxslərin pensiyalarına əlavələrin edilməsi məqsədəuyğun deyil. 

Həsən Nəbiyev uzun müddət “Qazprom transqaz Volqoqrad” MMC şirkətinin rəhbəri olub. 1954-cü ildə Azərbaycanın Gədəbəy rayonunun Zəhmət kəndində anadan olan Nəbiyev 1976-cı ildən indiki “Volqoqradneftmaş” ASC-də işləyib. Mühəndis vəzifəsindən sex rəisi, daha sonra “Volqoqradneftmaş” ASC-nin filialı olan Kotelnikovsk armatur zavodunun direktoru vəzifəsinə qədər yüksəlib. 2004-2016-cı illərdə “Qazprom transqaz Volqoqrad” MMC-nin baş direktoru işləyib. 2003-cü ildən isə vilayət Dumasının deputatıdır. (baku.vvs)
Çox oxunan xəbərlər
Son xəbərlər

19.06.2019

18.06.2019

17.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az