Sudanda ordu prezidenti devirərək hakimiyyəti ələ alıb

Sudanda ordu hərbi çevriliş baş verib. Hakimiyyəti ələ alan ordu rəhbərliyi tərəfindən bildirilib ki, hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.

Sudan Prezidenti Bəşir əl-Ömərin ətrafında olan indiki və keçmiş yüksək vəzifəli şəxslər həbs ediliblər.

Bu məlumatı “al-Hadath” telekanalı yayıb.

Bildirilib ki, həbs edilənlər arasında prezident qvardiyasının rəhbəri, keçmiş müdafiə naziri Əbdül Rahim Məhəmməd Hüseyn, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, keçmiş vitse-prezident Əli Osman Taha da var.

Taha etiraz aksiyası iştirakçılarına qarşı “kölgə tabor”undan istifadə edəcəyini bildirmişdi.

Ölkə paytaxtı Xartumun küçələrində minlərlə insan çıxıb. Aprelin 6-dan başlayan tətil davam edir.

Məlumata görə, Xartumda beynəlxalq hava limanı bağlanıb

Çox oxunan xəbərlər
Son xəbərlər

16.06.2019

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az