“Ərəb NATO-su”nun yaradılması planı iflasa uğrayır

Misir hökuməti ABŞ rəsmilərinə Yaxın Şərq strateji alyansında (MESA) iştirak etmək niyyətində olmadıqlarını bildirib.

 Bu məlumatı “Röyter” agentliyi yayıb. Məlumata görə, Misir rəhbərliyi ABŞ rəsmilərinə “Ərəb NATO-su”na qoşulmaqla İranla münasibətlərini kəskinləşdirəcəyindən qorxduğunu çatdırıb. Digər tərəfdən rəsmi Qahirə Trampın seçkidə uduzacağı təqdirdə ərəb alyansının təhdid altında qalacağını iddia edib.

Qeyd edək ki, “Ərəb NATO-su” anlayışını 2017-ci ildə Səudiyyə Ərəbistanı İrana qarşı təklif edib. Bu ittifaqın tərkibinə İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Oman və Qətər daxil olmalıdır.

Maraqlıdır ki, “Ərəb NATO-su” haqqında bu informasiya Misir Prezidenti Əbdülfəttah Sisinin Ağ Evə səfərindən bir gün sonra yayılıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

18.04.2019

17.04.2019

16.04.2019

Müsahibələr
Arxiv
Aprel 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az