Türkiyədən İtaliyaya sərt etiraz: Qondarma soyqırımının tanınmasının əsası yoxdur

İtaliya parlamentinin hökuməti 1915-ci il hadisələrini uydurma “erməni soyqırımı” kimi tanımağa çağıran qərarının Türkiyə üçün heç bir hüquqi qüvvəsi yoxdur

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Tvitter" səhifəsində bəyan edib.

“Tarixi siyasiləşdirən bütün cəhdlər kimi, İtaliya Deputatlar Palatasının bu qərarı da yox qüvvəsindədir. İtaliya parlamentinin ksenofobik Liqa Partiyasının Avropa Parlamenti seçkilərindəki səslərini artırmaq məqsədi ilə səhnələşdirdiyi oyuna alət olması qəbuledilməzdir”, – deyə Çavuşoğlu vurğulayıb. 

Qeyd edək ki, İtaliya parlamentinin aşağı palatası olan Deputatlar Palatası qondarma “erməni soyqırımı”nın rəsmi səviyyədə tanınması üçün təşəbbüs sənədi qəbul edib. Sənəddə deputatlar İtaliya hökumətini tarixi faktlara zidd şəkildə ortaya atılmış saxta “erməni soyqırımı”nı tanımağa və bu uydurma məsələyə “beynəlxalq ölçü” verməyə çağırıblar. Sənədin qəbulu üçün 382 deputat səs verib. Təşəbbüsün əleyhinə çıxan olmayıb, 43 deputat isə bitərəf qalıb. (azvision.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

16.06.2019

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az