YAP müxalifətlə dialoqa hazırdır

Əvvəllər Azərbaycan siyasi meydanında iqtidar-müxalifət dialoquna tez-tez şahidlik edirdik. Amma son illərdə bu cür dialoqlar aparılmır. İqtidar və müxalifət nümayəndələri arasında bu fikir mübadilələrinə sanki maraq azalıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə,  Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə isə təmsil etdiyi partiyanın belə dialoqlara hazır olduğunu deyib. O, Modern.az-a açıqlamasında qeyd edib ki, müxalifət tərəfindən hər hansı məsələnin müzakirəsi ilə bağlı təkliflər edilsə, bu, nəzərdən keçiriləcək:

“Dialoq ümumilikdə götürdükdə mühit deməkdir. Tərəflərin öz mövqeyini bildirməsi, qanun və sivillik çərçivəsində polemikaya gedilməsi, öz arqumentlərini irəli sürməklə söhbət aparılmasıdır. Hesab edirəm ki, bu məsələdə problem yoxdur. Sosial şəbəkələrdə fərqli fikirlərin yayılmasını, iqtidar-müxalifət polemikasını görürük. Birbaşa dialoq səviyyəsində görüş məsələsinə gəldikdə isə Yeni Azərnbaycan Partiyası hər zaman görüşlərə, diaqloqlara hazırdır. Bu münasibətə qapıları həmişə açıqdır. Müxalifət tərəfindən görüşlə, hər hansı məsələnin müzakirəsi ilə bağlı təkliflər olarsa, bu, nəzərdən keçiriləcək. Üzv olduğum partiya hər zaman Azərbaycanda demokratiyanın olmasına çalışır, müxtəlif fikirlərin səsləndirilməsinə hörmətlə yanaşır”.

Çox oxunan xəbərlər
Son xəbərlər

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az