Türkiyə Qərb tərəfindən təhlükəli oyunlara sürüklənir

 

Yaxın Şərqdə, o cümlədən Suriyada baş verən hadisələr NATO-nin cənub qalası hesab edilən Türkiyə-ABŞ və Türkiyə-NATO münasibətlərinin gələcəyini şübhə altına alaraq beynəlxalq aləmdə yeni siyasi durumun əmələ gəlməsinə səbəb olub.  Buna da səbəb əslində başda ABŞ olmaqla Qərb dövlətlərinin açıq şəkildə islam dünyası üzərinə başlatdıqları səlib yürüşlərini daha da genişləndirmələridir. Fələstini, Əfqanıstanı, İraqı, Liviyanı, Tunisi, Yəməni, Suriyanı qan gölünə döndürən səlib yürüşlərinin hazırda ən böyük hədəfi Türkiyədir.  Bu da əsassız deyil. Türkiyə tarixboyu  islam dünyasına qarşı xaç  yürüşlərinin qarşısını kəsərək, onlara çirkin niyyətlərini həyata keçirməyə imkan verməyib. Bu baxımdan Suriyada baş verən hadisələr və Qərb dövlətləri tərəfindən Suriyanın parçalanmasına xidmət edən ssenarının həyata keçirilməsi plana iflasa uğrayandan sonra növbəti hədəf kimi Türkiyə seçilib. Əslində başda ABŞ olmaqla Qərb dövlətlərinin Türkiyənin dövlət kimi məhv edilməsi və onun zəiflədilməsi məqsədi hələ soyuq müharibə başa çatandan sonra, ötən əsrin 90-cı illərindən məlum idi. Hələ o vaxt islam dünyasına qarşı  yeni səlib yürüşlərinin başladılması barədə Qərbin xaç atası Vatikanda xüsusi tövsiyələrin və planın işlənib hazırlanaraq ABŞ, Almaniya, Fransa,  İngiltərə və digər dövlət başçılarına təqdim edildiyi barədə məlumatlar dolaşmaqda idi. Xatırladaq ki, 1995-ci ildə ABŞ generallarının birinin  çantasından təsadüfən Türkiyənin bir neçə dövlətə bölünməsini əks etdirən xəritə aşkar edilmişdi. Lakin o vaxt bu amil nə üçünsə Türkiyənin ali dairələrini  bir o qədər də narahat etmədi. Çünki həmin dövrdə Türkiyə bölgədə  NATO-nun ən etibarlı tərəfdaşı hesab edilirdi  və onun daxilində nüfuzu kifayət qədər böyük idi.  Lakin 2000-ci illərin əvvəllərində ABŞ-ın İraqa müdaxiləsi zamanı Türkiyənin öz ərazisindən onlara qonşu ölkəyə zərbələr endirməyə imkan verməməsi Ankara- Vaşinqton münasibətlərində  nəzərə çarpmayan çatların  və daxili ziddiyyətlərin  üzə çıxmasına gətirib çıxardı. Buna cavab olaraq ABŞ və müttəfiqləri Türkiyəyə münasibətdə Vatikanın məxfi dairələri tərəfindən hazırlanan Şərqə yeni xaç yürüşləri planının tərkib hissəsi olan PKK terror kartından daha geniş şəkildə istifadə etməyə  başladılar.  Belə ki, məhz PKK terror amili Türkiyə üçün ən həssas məsələlərdən biridir. Ötən əsrin 80-90-cı illərində Türkiyəyə qarşı Qərb dövlətləri tərəfindən işə salınan və əvvəlcə SSRİ,  sonra isə Rusiya tərəfindən maliyyə və hərbi texniki yardımlar göstərilən PKK terrorçuları ilə mübarizədə Türkiyə 50 min nəfərdən artıq şəhid verib və onlara qarşı mübarizədə 100 milyard dollar xərcləyib. Qərbin Türkiyəni parçalama və məhv etmə planları Ankaraya məlum olsa da, onlar uzun müddət güclü və qüdrətli olmalarına ümid edərək bu məsələni qulaq ardına vurmaqda, ona əhəmiyyət verməməkdə davam etdilər. Lakin  ABŞ və onun müttəfiqləri tərəfindən Suriyada süni şəkildə qızışdırılan vətəndaş müharibəsi Türkiyənin nə qədər böyük təhlükə qarşısında olduğunu bir daha təsdiq etmiş oldu. Yenə burada bir haşiyə çıxaraq qeyd edək ki, ABŞ-ın İraqa müdaxiləsi zamanı olduğu kimi, Türkiyə Qərb tərəfindən Suriyada qızışdırılan vətəndaş müharibəsinə münasibətdə müəyyən strateji səhvlərə yol verdi. Bu səhvlərdən ən böyüyü şübhəsiz ki, Suriyada başladılan vətəndaş müharibəsi məsələsində Qərbin bölgədəki kürd amilindən istifadə edərək Türkiyə üçün təhlükəli olan  “Kürdustan dövləti”nin yaradılması kartını nəzərə alınmaması ilə bağlı idi. Əgər ABŞ-ın İraqa müdaxiləsi zamanı Türkiyə öz müttəfiqindən sərt şəkildə PKK kartına əl atmayacağı barədə rəsmi şəkildərazılıq ala bilsəydi  və terrorçuların birbaşa məhvi məsələsində öz hərbi qüvvələrindən istifadə edilməsini tələb edərək buna nail olsaydı, onda Ankara bölgədə öz mövqeyini daha da möhkəmlətmiş olacaqdı. Çünki öncədən də aydın idi ki, Türkiyənin istəyib- istəməməsindən asılı olmayaraq ABŞ və müttəfiqləri tərəfindən Vatikanda işlənib hazırlanan səlib yürüşlərinin əsas hədəflərindən biri olan İraqa hərbi müdaxilə həyata keçiriləcəkdi. Türkiyənın məhz həmin dövrdə ABŞ və onun müttəfiqlərinin İraqa hərbi müdaxiləsi zamanı buraxdığı bəzi strateji səhvlər bölgədə “ Kürdüstan” dövlətini yaratmaq niyyətində olan dövlətlərin əllərinə böyük imkanlar verdi. ABŞ-ın məhz İraqa müdaxiləsindən sonra adı çəkilən ölkənin şimalı de fakto kürdlərin nəzarəti altına keşdi.Üstəlik tarixboyu  İraq türkmənlərinin yaşadığı Kərkük və ətraf  ərazilər də kürdlərin nəzarəti altındadır. Bu gün faktiki olaraq İraq türkmənləri və onların yaşadıqları ərazilər türk dünyası üçün itirilmiş durumdadır. Düzdür, hələlik beynəlxalq aləmdə əmələ gələn siyasi vəziyyət ABŞ və onun müttəfiqlərinə,  o cümlədən Şərqə qarşı yeni səlib müharibələri başladan Vatikana bögədə kürd “dövləti”nin yaradılması planlarını həyata keçirməyə imkan vermir. Lakin ABŞ-ın işğal altında olan Suriyaya məxsus Colan təpələrini İsrail ərazisi kimi rəsmi şəkildə tanımasını gələcəkdə dünyanın siyasi xəritəsinin yenidən çızılması istiqamətində atılan ilk addımlardan biri hesab etmək olar. 

Təəssüflər olsun ki, Türkiyənin Suriyada baş verənlərə münasibətdə də yeritdiyi siyasət ziddiyyətli oldu. Çünki Suriyada vətəndaş müharibəsi başlayanda məlum idi ki, ABŞ və onun müttəfiqləri vəziyyətdən istifadə edərək  Suriyanın parçalanması və  bölgənin etnik kürdlərin nəzarəti altına  keçməsi faktorundan istifadə edəcək.  İŞİD-in ABŞ və onun müttəfiqləri tərəfindən dəstəklənməsi və onlardan  Əsəd rejiminə qarşı istifadə edilməsinin də arxasında məhz İsrail üçün təhlükə mənbəyi hesab edilən Suriyanın qan gölünə döndərilməsi, onun bir neçə etnik dövlətə bölünməsini təmin etmək planları dayanmışdı. Türkiyənin də bölgədə öz maraqları var idi və Ankara da bu amildən Əsəd rejiminə qarşı mübarizədə istifadə etdi. Lakin hadisələrin gedişi bir daha sübut etdi ki, Suriyaya  müdaxilənin arxasında kürd “dövləti”nin yaradılması istiqamətində atılan addımlar dayanır. Türkiyə yalnız ABŞ-ın  açıq şəkildə PKK terrorçuları və onların bölgədəki əlaltılarını  dəstəkləməkdə davam etdiyinə əmin olduqdan və bundan gələn böyük təhlükəni hiss etdikdən sonra ayıldı.  Türkiyə tərəfindən Suriyada  həyata keçirilən hər iki əməliyyat da məhz belə bir təhlükənin  aradan qaldıırlmasına  xidmət edirdi.  Bu müstəvidə də ABŞ və müttəfiqləri tərəfindən Ankaranın diqqətini Suriyadakı kürd amilindən yayındırmaq üçün Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması, həmçinin  səfir Karlovun öldürülməsi  ssenarisi işə salındı.  Ssenarini həyata keçirənlər bununla da Ankara-Moskva münasibətlərini gərginləşdirmək, iki ölkə arasında savaş salmağa ümid edirdilər. Lakin həlledici məqamda Rusiya və Türkiyə rəhbərləri  təyyarənin vurulması və səfirin öldürülməsi ilə bağlı məsələyə daha təmkinli yanaşaraq iki ölkəni savaşa sürükləməyə can atan qüvvələrin arzularını gözündə qoya bildilər. Ancaq Türkiyəni təzyiq altında saxlamağa can atan ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemlərini və F-35 təyyarələrini Ankaraya satmaqdan bəhanə etməkdə  davam etməsi Ankaranı buna qarşı Moskva amilindən istifadə etməyə məcbur etdi. Türkiyənin S-400-lərin alınması ilə bağlı Rusiya ilə imzaladığı anlaşma isə ABŞ və onun müttəfiqləri tərəfindən təşvişlə qarşılanıb. ABŞ-ın Türkiyədən S-400-lərin alınmasını ləğv etmə tələbi isə Ankara tərəfindən qəti şəkildə rədd edilir. Nəticədə Türkiyə bölgədə baş verən hadisələr nəticəsində Rusiyanın düşmənindən onun müttəfiqinə çevrilib. Bu müttəfiqliyin nə qədər davam edəcəyi şübhəsiz ki, Yaxın Şərqdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən, o cümlədən Qərbin Türkiyənin parçalanması planından imtina edib-etməməsindən asılı olacaq. Bütün hallarda belə hesab edilir ki, Türkiyə yaxın illərdə ən taleyüklü dövrlərindən birini yaşamaqda davam edəcək. Artıq indidən bəzi siyasi müşahidəçilər belə hesab edirlər ki, ABŞ və müttəfiqləri “sözə baxmayan” president Rəcəb Tayyib Ərdoğanı devirmək üçün Sudanda olduğu kimi Türkiyədə də dövlət çevrilişi planını həyata keçirməyə belə cəhd edəcəklər…

Əziz Mustafa

Mediainfo.az

 

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az