Tiflisə qədər olan torpaqlar Azərbaycan ərazisi hesab olunmalıdır

Azərbaycanla Gürcüstan arasında mübahisəli ərazi 1921-ci ildə Qarayazının bölünməsindən sonra başlayıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri axar.az-a açıqlamasında AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov deyib.

O bildirib ki, Keşikçidağ qədim alban məbədidir və yalnız siyasi amillər səbəbindən gürcülərin təsiri altına keçib:

“Keşikçidağ (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”) monastır kompleksi Azərbaycanın Gürcüstanla sərhədində yerləşən qədim alban məbədidir. 1921-ci il iyulun 5-də Tiflisdə iki respublika arasında sərhədlərin müəyyənləşdirilməsi üçün F.Maxaradze və N.Nərimanov arasında saziş imzalanıb. Bu sazişə uyğun olaraq, Ə.Abbasov (Azərbaycan) və V.Kandelakinin (Gürcüstan) sədrliyi altında xüsusi qarışıq komissiya yaradılıb. Bu komissiya, əsasən, Qarayazı, Eldar və Çatma düzlərində Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası ilə məşğul olub. Əldə olunmuş razılığa əsasən, Azərbaycanın Qarayazı bölgəsi iki hissəyə ayrılıb: Yuxarı Qarayazı Gürcüstana, Aşağı Qarayazı isə Azərbaycana aid edilib. Bütün bu bəlalar da Qarayazının bölünməsindən sonra başlayıb.

1918-ci ildə Gürcüstanla Azərbaycan arasında Borçalı da mübahisəli ərazi kimi qalırdı. O zaman Xarici İşlər Nazirliyimiz də Gürcüstana rəsmi şəkildə göstəriş verib ki, bizim ərazilərimizdən çəkilin. Amma onlar Gürcüstan Demokratik Respublikası yaranan kimi oraya qoşun yeritdilər”.

Vahid Ömərov 1938-ci ildə Alazan çayı ətrafındakı torpaqların gürcülərə 10 illiyə icarəyə verilməsi iddiasına da aydınlıq gətirib:

“Sovet dövründə torpaqlarımız icarəyə verilməyib. Həmin ərazilər tam olaraq Azərbaycan ərazisi olub və heç vaxt Gürcüstana məxsus olmayıb. Müsəlman ölkəsi olduğumuz üçün qədimdə xristian abidələrinə o qədər də önəm verməmişik. Arxiv mənbələrdə də göstərilib ki, monastır XI əsrdə siyasi amillər səbəbindən gürcülərin təsiri altına keçib. Azərbaycan tarixçilərinə görə, məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanıb, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşüb.

O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkiliblər və bu məbəd də o dövrdə tərk edilib. Aparılan tədqiqatlar göstərir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar yenidir. Yəni abidə alban məbədidir, sonradan gürcüləşdirilib”.

Qeyd edək ki, Vahid Ömərov Azərbaycan torpağında olan bu abidəni 1960-cı illərdə tarixçi-arxeoloqlar Rəşid Göyüşov və Tofiq Məmmədov tərəfindən ziyarət edilməsini təsdiq edən fotoları redaksiyamıza göndərib. O bildirib ki, həmin tarixçilər hələ o dövrdə abidənin üzərində alban yazıları olduğunu təsdiq ediblər.

V.Ömərov həmçinin coğrafiyaçı Ptolemeyin tərtib etdiyi xəritəni təqdim edib. Həmin xəritədə Albaniya (bu dövlətin varisi Azərbaycandır – red.) və İberiya (bu dövlətin varisi Gürcüstandır – red.) sərhədinin Zalissadan (Tiflisdən) keçdiyi göstərilir. Bu isə o deməkdir ki, Tiflisə qədər olan torpaqlar Azərbaycan ərazisi hesab olunmalıdır.

Çox oxunan xəbərlər
Son xəbərlər

17.06.2019

16.06.2019

15.06.2019

14.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az