"Venesuela ilə bağlı bütün variantlar masa üzərindədir"

ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, rəsmi Vaşinqton Venesuelada bütün hərəkət variantlarına baxır.

Bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Pensin sözlərinə görə, Amerika lideri Donald Tramp Venesuelanın müxalif  Məclisinin rəhbəri Xuan Quaydonu müvəqqəti prezident kimi tanıyan 50-dən çox dövlətdən ibarət koalisiyaya başçılıq edib.

O, bildirib ki, ABŞ Venesuelaya, həmçinin onun "Kubadakı himayəçilərinə" iqtisadi və diplomatik sahələrdə təzyiq göstərməkdə davam edəcək.

"Prezident Tramp açıq anladıb: bütün variantlar masa üzərindədir", - deyə Pens bildirib.

Bundan əvvəl isə ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuela ərazisində hərbi əməliyya tkeçirmək istəməzdi. (report)

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az