"Azərbaycan müharibə yolu seçə bilər"

“Azərbaycanın 20 faiz torpaqları işğal olunub. Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Müharibənin dayandırılması üçün 1994-cü ildə atəşkəs elan edilib. Ermənistan Qarabağdan əlavə 7 rayona da nəzarəti həyata keçirir. O ərazilərdən azərbaycanlılar çıxarılıb”.

Bunu Bakıda keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

“Bundan əlavə, qeyd etməliyəm ki, 1992-ci ildə Xocalıda faciə törədilib, yüzlərlə insan həyatını itirib. Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar qətnəmalər qəbul ediblər. Həmin sənədlərdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu qeyd olunub”, – deyə, o bildirib.

S.Markov vurğulayıb ki, münaqişənin həlli ilə bağlı ölkələr arasında danışıqlar aparılır: “Bunun üçün ATƏT-in Minsk qrupu yaradılıb. Bu istiqamətdə danışıqlar davam etdirilir”.

 

Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır: “Bu, o deməkdir ki, Azərbaycan ordusu müharibəyə hazırdır. Yəni sülh danışıqları nəticə vermədikdə, Azərbaycan müharibə yolunu seçə bilər”.

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az