Münaqişənin həllində Azərbaycanın mövqeyi dəyişməyib

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi danışıqların tam əvvəlindən bu günə qədər dəyişilməz olaraq qalır.

Bunu “Ermənistanın regional təhdidi” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi prinsipialdır: "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi xarici siyasətinin prioritetlərindən birini təşkil edir".

L.Abdullayeva bildirib ki, ATƏT-in Nazirlər Şurasının iclasının qərarına əsasən, münaqişənin birbaşa iştirakçıları qismində Ermənistan və Azərbaycan təsbit olunub: "Bu gün Azərbaycanın ərazi bütövlüyü Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri tərəfindən tanınır. Hazırda aparılan danışıqların əsas məqsədi Azərbaycan torpaqlarını işğaldan azad etmək və didərgin düşmüş əhalini öz yurdlarına qaytarmaqdır. 1994-cü ildə atəşkəs elan edildikdən sonra münaqişənin həllində mərhələli yanaşmanın əsası qoyuldu. Bu yanaşma ATƏT-in qərarlarında da öz əksini tapıb".

XİN rəsmisi əlavə edib ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli üzrə dövlət rəhbərləri və xarici işlər nazirləri səviyyəsində bir necə görüş baş tutub. Trend

Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

24.06.2019

23.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az