Jurnalist Fuad Abbasov yaxın günlərdə Azərbaycana deportasiya ediləcək

“Rusiyada faəliyyət göstərən jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb”.

Bu baradə APA-nın Moksva müxbirinə jurnalistin vəkili Teyyub Şərifov məlumat verib.

O, bildirib ki, qərarla razı deyillər və kassasiya şikayəti verəcəklər.

Vəkil Fuad Abbasovun yaxın günlərdə Azərbaycana deportasiya olunacağını söyləyib: “Artıq deportasiya qərarı qüvvəyə minib. Ona görə də Fuad yaxın günlərdə Rusiyadan deportasiya ediləcək”.

Qeyd edək ki, Rusiyada deportasiya həftədə iki dəfə- ikinci və beşinci günlər olur.

Xatırladaq ki, jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F.Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az