“Qalib gəldim və yenə qalib gələcəyəm” –ƏKRƏM İMAMOĞLU

İyunun 23-də İstanbul sakinləri yenə şəhər səviyyəli seçkilərdə iştirak edəcək – son üç ayda ikinci dəfə. Martın 31-də mən İstanbuldakı həmkarlarımla birlikdə bələdiyyə başçılığına seçilməyimdən qürur duyurdum, halbuki bizə qarşı çox qərəzli seçki mühiti vardı. Ancaq prezident Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi iqtidar partiyası son nəticəyə etirazını açıqlayıb və seçkinin yenidən keçirilməsi üçün səylərini yenidən aktivləşdirb. Tezliklə bu qumarın prezidentə və onun müttəfiqlərinə uğur gətirib-gətirməyəcəyini görəcəyik.

Son 25 ildə İstanbul da Ərdoğanın AKP-si tərəfindən idarə olunub və hələ də idarə olunur. Keçən dəfə bələdiyyə başçılığına namizədliyimi irəli sürərkən, sabiq nazir, parlament sədri və baş nazir kimi tanınmış təcrübəli siyasi rəqiblə üzləşdim. Ancaq insanların ideologiyalarından asılı olmayaraq, onlarla birbaşa təmas qurmaq sayəsində seçkilərdə qalib gələcəyimə əminliyim vardı. Beləliklə, müxtəlifliyin zəiflik deyil, bir güc ola biləcəyinə inanırdım.

Bəylikdüzünun (İstanbulun müxtəlif türk mədəniyyətlərinin inteqrasiya olunduğu məhəlləsi) meri olaraq, mən qorxu siyasətinin səbəb olduğu etibarsızlıq və düşmənçilik maneələrini aradan qaldırmağın mümkün olduğunu öyrəndim. Yaxşı şəhər idarəçiliyinə və məsuliyyətli yerli inzibatçılığa diqqət çox vacib idi.

Türkiyədə prezidentliyə namizəd olmaq istəyən hər kəs həddindən artıq qütbləşmə mühitinə uyğunlaşmalıdır.Mən 15 milyon insanın yaşadığı şəhərdə böyük problem olan seçicilərə birbaşa özümü təklif etməli idim. Bəli, planımı qətiyyətlə davam etmək qərarına gəldim. İstanbul camaatına olan məhəbbət və hörmət kampaniyamın əsasını təşkil etdi.

Niyə? Çünki belə bir yanaşmanın qütbləşmə və zülmə qarşı həlledici vasitə olacağını düşündüm.

Ərdoğanın Ədalət və İnkişaf Partiyası əleyhinə çıxan hər kəs üçün ən böyük çətinlik hakim Ədalət və İnkişaf Partiyasının ölkəmizdəki media landşaftına nəzarət etməsi faktdır. Belə bir mühit, ilk növbədə, tələb edirdi ki, insanlara əlçatan olum. Görürdüm ki, bu, seçkilərdə yeganə yoldur. Mən bütün siyasi və mədəni təbəqələri təmsil edən insanlarla ünsiyyət qurdum.

Vətəndaşlarla fərdi söhbətlər zamanı kampaniya üzvlərim bu real söhbətləri sosial media üçün videolara çeviriblər. Bunu etməklə, qənaətimcə, demokratiyanı sınaqdan keçirdim. Çünki biz İstanbulu ən yaxşı şəkildə dəyişə bilərik, bir-birimizi dinləyərək və birlikdə işləyirək.

Canlı paylaşılan bu kliplər ictimaiyyət arasında böyük maraq doğurub və qərəzli türk media mühitinə baxmayaraq, seçicilərlə birbaşa ünsiyyət qurmağa imkan verib.

Şəhərdə ictimai rəyin öyrənilməsinin ən doğru və asan yolu – onun yollarında və küçələrində gəzməkdir.Məncə, kampaniyamın da sevimli və əsas ünsiyyət vasitəsidir.

Kampaniyam boyunca uzun yol qət etmişəm və qəhvəxana, bağça, oyun meydançaları, məktəblər və məscidlərdə görüşlər keçirməklə, onilliklər ərzində siyasi cəhətdən marginallaşdırılan icmalarda inam yaratmışam.

Bu gün Türkiyədə sıravi vətəndaşları dinləyən hər hansı siyasətçi vəziyyəti dərhal başa düşəcək. Əgər iqtisadi çətinliklərdən və ictimai ədalətsizliklərdən uzaqlaşa biləcəyiniz barədə danışmasanız, insanlar sizə heç vaxt qulaq asmayacaq. Vətəndaşların vaxtları yoxdur və böyük sənaye layihələri və ya böyük investisiya strategiyaları ilə maraqlanmırlar. Bunun əvəzinə, şəhər yoxsulluğu və ədalətsizliklərə – kifayət qədər təhsil imkanları olmayan uşaqlara, işsizlik və qeyri-bərabər əmək haqqı ilə üzləşən qadınlara və gənclərə, heç bir faydaya malik olmayan və mülki həyatda çətinliklə iştirak edən bütün digər qruplara diqqət yetirin.

Verəcəyim mükafat – İstanbulun daha məsuliyyətli və cavabdeh bir bələdiyyəyə ehtiyacı olması – seçki qutusunda aydın oldu. İqtidar partiyasının özünə sərf etməyən nəticələrə maneə yaratmaq cəhdinə baxmayaraq, biz qalib gəldik. On yeddi gün sonra, iqtidar partiyasının razılığı ilə, Ali Seçki Qurumu əldə etdiyimiz nəticələri ləğv edib.

Beləliklə, kampaniyamız – gündəlik olaraq 155 min könüllü ilə, – yenidən başlayır və biz 23 İyun tarixinə güvənirik. Əminəm ki, əgər İstanbulda seçicilərin iradəsi müdaxiləsiz, azad və ədalətli şəkildə ifadəsini taparsa, vətəndaşların təsirli enerjisi hər hansı avtoritar gücə müqavimətin mümkünlüyünü göstərəcək.

Həqiqi mütəhərriklik tələb edir ki, bölünməni dialoq və xalqla məsləhətləşmə ilə – Türkiyə hüdudlarından kənarda tətbiq olunan və həyata keçirilmiş üsulla aradan qaldıraq. Plüralizm nə burada, Türkiyədə, nə də dünyanın başqa bir yerində düşmənimiz deyil. Müxtəlifliyin gətirdiyi güc qəbul edilməli və istifadə olunmalıdır.

Əkrəm İmamoğlu

“Əl-Ərəbiyyə”, 07.06.2019

 

Tərcümə: Strateq.az

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az