“Azərbaycanı xilas edə biləcək yeganə şəxsiyyət Heydər Əliyev idi”

 “15 iyun Milli Qurtuluş Günü müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. 15 iyun ölkəmizin müstəqilliyinə yeni bir nəfəs gələn gündür. 15 iyun ikinci dəfə nail olduğumuz dövlət müstəqilliyimizin məhv olması ərəfəsində yenidən həyata qayıtdığı gündür. Ulu öndər Heydər Əliyev demişdir, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir. Həqiqətən bu belədir və tarix bunu sübut etdi”.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu fikirləri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

Deputat vurğulayıb ki, 1991-ci ildə Sovetlər İttifaqının dağılmasından sonra ittifaqa daxil olan 15 respublika öz müstəqilliyinə qovuşdu: “Müstəqil ölkələrdə mütləq lider olmalıdır ki, ölkənin gələcəyi möhkəmlənsin. Amma Azərbaycanda isə lider olmadığından ölkənin başına yenidən böyük faciələr gəldi. Ermənilər öz ərazilərini genişləndirməklə bağlı bəd niyyətlərini həyata keçirməyə başladı, ölkənin iqtisadiyyatı talan olundu, ölkədə vətəndaş müharibəsi baş qaldırmışdı və demək olar ki, Azərbaycan bölünərək müstəqil ölkə kimi dünya xəritəsindən silinmək təhlükəsi meydana gəlmişdi. Ölkənin belə bir ağır durumunda düşdüyü vəziyyətdən xilas edə biləcək yeganə şəxsiyyət Heydər Əliyev idi. Xalqın dəvəti və tələbini məmnuniyyətlə qəbul edərək bu ağır yükü öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı üstündə dalğalanan qara buludlardan qurtardı, bütün təhlükələrdən sovuşdurdu”.

Millət vəkili əlavə edib ki, məhz Heydər Əliyevin uzaqgörənliyi, dövlətçilik təcrübəsi, qətiyyətliliyi və siyasi iradəsi Azərbaycanın müstəqilliyini davamlı və əbədi etdi: “Qısa bir zamanda xaosa son qoyuldu, ölkədə vətəndaş həmrəyliyi yaratdı, dövlət idarəetmə sistemi formalaşdırdı, ölkənin gələcəyini müəyyənləşdirən iqtisadi əsaslar yaratdı və ən əsası da şəxsən özünün komandanlığı ilə 20-dən çox yaşayış məntəqəsini işğaldan azad edilərək ermənini müvəqqəti atəşkəsin imzalanmasına məcbur etdi. Bu gün də Azərbaycan Respublikası Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətlə inkişaf etdirilir. Azərbaycan dünyada xüsusi nüfuza malik, söz sahibi olan və hamının hesablaşdığı ölkəyə çevrilməsinin əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. 15 iyun Milli Qurtuluş Günü Azərbaycan durduqca həmişə qeyd olunacaq və bu gün hər bir azərbaycanlının yaddaşına qızıl hərflərlə həkk olunub”.

Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

24.06.2019

23.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az