“Heydər Əliyev Azərbaycan üçün xilaskarlıq rolunu oynadı”

“Hər bir ölkənin tarixində onun liderlərinin, ölkə başçılarının tutduğu mövqe və apardıqları siyasət əsas önəm daşıyan faktorlardan birincisidir. Çünki həm dövlətin yüksəlişi, həm də var olan problemlərin aradan qaldırılması, eyni zamanda hər bir dövlət qarşısında çağırışlara cavab vermək üçün liderin apardığı rol və onun dünya siyasətində tutduğu mövqe çox vacibdir. Bu kontekstdən məsələləri təhlil edərkən doğurdan da Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində misilsiz rol oynadığını əminliklə bildirmək olar”.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu fikirləri Azadinform-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. 

Politoloq vurğulayıb ki, Azərbaycan dövlətçiliyi hər zaman tarixdə çətin sınaqlar qarşısında qalıb: “1990-cı ilin əvvəllərində Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə ölkəmiz çox çətin bir vəziyyətdə idi. Həmçinin Azərbaycanı parçalamaq istəyən digər qüvvələr də var idi. Belə bir dövrdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan üçün xilaskarlıq rolunu oynadı və nəticəsi də bu gün göz qabağındadır. Heydər Əliyevdən sonra artıq yeni Azərbaycanın təməli qoyuldu. Bu gün onun qurduğu dövlətin apardığı balanslı və rasional xarici siyasət o yerə gətirib çıxarıb ki, Cənubi Qafqaz ölkələri içərisində geostrateji mövqedə yerləşməyimizə baxmayaraq Azərbaycan bütün çağırışlardan və ona qarşı olan bütün təhdidlərdən üzüağ, başıyuxarı çıxmaqda davam etməkdədir”. 

Z.Məmmədov əlavə edib ki, ümumilikdə o illərdə Azərbaycan Rusiya, Ermənistan, İran tərəfindən çox böyük təhdidlərlə qarşılaşırdı: “Həmin ərəfədə rasional diplomata ehtiyac var idi ki, bunun da öhdəsindən Heydər Əliyev gəldi”.

 
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

24.06.2019

23.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az