İctimai Palatanın həbsdə olan üzvü əfv olunmaq və YAP-a üzv olmaq üçün prezidentə müraciət edib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İctimai Palatanın (İP) 2 aprel 2011-ci il tarixində Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan AXCP üzvü Elnur İsrafilov prezident İlham Əliyevə müraciət edib. E.İsrafilovun müraciəti əfv olunması və Yeni Azərbaycan Partiyasının (YAP ) üzvlüyünə qəbul edilməsi ilə bağlıdır. Həmin müraciət fevralın 14-də xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə daxil olub və aidiyyatı üzrə göndərilib. 

Qeyd edək ki, E.İsrafilov Səbayel rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O.M. 



Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2019

20.02.2019

19.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az