Son anti-terror əməliyyatı ilə əlaqədar İran Azərbaycana nota verdi

İranın "Fars" agentliyinin yaydığı məlumata görə, İran Azərbaycana etiraz notası göndərib. Rəsmi Bakıya təqdim olunan notada iranlı jurnalistlərin saxlanması faktının beynəlxalq normalara zidd olduğu bildirilir, onların dərhal azadlığa buraxılması tələb edilir. Qeyd edək ki, İran kütləvi informasiya vasitələri "Fars" informasiya agentliyinin və İran televiziyasının "Səhər" kanalının jurnalistlərinin Bakıda həbs olunması barədə məlumat yayıb. Saxlanılan şəxslərdən Anar Bayramlının "Səhər" kanalının müxbiri, Ramil Dadaşovun isə "Səhər" kanalının sürücüsü olduğu bildirilir. 

Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə İran televiziyasının Anar Bayramlı adında əməkdaşının Xarici İşlər Nazirliyində akkreditasiya olunmadığını bildirib. 
Xatırladaq ki, A.Bayramlı Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən onun üzərindən narkotik vasitə aşkar edilərək götürülüb. 

O.M.



Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az