Xalqın Kosasının xalqına deyiləsi sözü var

O, 2004-cü ildə "Novruz" bayramı günü ulu öndərin məzarını ziyarət etmişdi

03.04.2012 | 33735 dəfə baxılıb

Hər xalqın, hər millətin mədəniyyətini, tarixini əks etdirən özünəməxsus bayramları olur. Bu bayramlar nə qədər qədimdirsə, onun mənsub olduğu xalq da bir o qədər zəngin ənənəyə malikdir.

Yenicə qarşıladığımız "Novruz" bayramı da Azərbaycan xalqının dərin köklərə malik olduğu milli bayramıdır. Heç təsadüfi deyil ki, bu bayram çərşənbələrin növbələşməsi şəklində bir ay ərzində qeyd olunur və sonda eyni şadyanalıqla qarşılanır. Başqa sözlə desək, xoş nəfəsli baharın gəlişi, gecə-ilə gündüzün bərabərləşməsi xalqımız tərəfindən bir ay ərzində təntənə ilə qeyd olunur. Təbii ki, hər bir bayramın öz adətləri, ritualları, atributları olduğu kimi, "Novruz"un da özünəməxsus xüsusiyyətləri var. Qışın rəmzi olan Kosa ilə baharın rəmzi olan Keçəlin mübarizəsi sadə insanların qışı layiqincə yola salaraq bahara qucaq açmasının bədii təsviridir. Bu, əsrlər boyu belə olub. Qədirbilən xalqımız şaxtalı qışın azuqəsini artıqlaması ilə verməklə yanaşı, onunla növbəti görüşədək ayrılır və baharı salamlayır.

Bizim eradan əvvəl 505-ci ildə yarandığı ehtimal olunan "Novruz" bayramı öz rəmzləri, ayinləri və personajları ilə əsrlər boyu yaşayıb. Yaşamaqla bərabər bütöv bir xalqın mədəniyyətini, varlığını yaşadıb. Hər il baharın gəlişi münasibətilə xalqımızı Kosa və Keçəl müjdələyib. Xalqın içərisindən çıxan bu personajlar qərinələr boyu mənsub olduğu millətə və onun adət-ənənələrinə sadiq qalıb.

Kosa ilə Keçəl bu gün də yaşayır. Bu obrazlara həyat verən istedadlı, sözün əsl mənasında, xalqın aktyorları timsalında onun görüşünə gəlir. Əlbəttə ki, söhbət həmin obrazları əzbərləyərək ifa edən aktyorlardan və ya adıçəkilən personajları bayağılaşdıran klounlardan getmir, Kosa ilə Keçəl fəlsəfəsini bilən, "Novruz"un tarixinə yaxından bələd olan, Kosa və Keçəl obrazlarını yaşaya və yaşada bilən əməkdar insanlardan gedir.

Bugünkü həmsöhbətimiz 18 ildir Kosa obrazını canlandıran, 15 ildir dövlət tədbirlərində xalqla ölkə rəhbərliyinin vəhdətini simvolizə edən, Kosa obrazının əvəzedilməz ifaçısı, "İrs" folklor ansamblının aktyoru Qafar Novruzludur.         

Şəlalə Nəriman

O.M.


Sonda Kosa personajını canlandıran aktyor Qafar Novruzlu hər zaman xalqı ilə birlikdə olacağını əminliklə vurğuladı. Onunla əlaqə saxlamaq istəyənlər bu nömrəyə zəng vura bilərlər: 055-772-42-33

Mənbə: oxumeni.az
Çox baxılan videolar
Son xəbərlər

14.12.2017

13.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az